Bullinq nədir ? -

Bullinq nədir ? - HÜQUQ MƏSLƏHƏTİ

13 Mart 2025

Sual: Bullinq nədir?

Cavab: Bullinq, bir və ya bir neçə şəxsin, digər bir şəxsi məqsədli şəkildə təhqir etməsi, zorakılıq göstərməsi və ya alçaltması ilə xarakterizə olunan təcavüzkarlıq davranışıdır. Bu davranış məktəblərdə, iş yerlərində, internetdə və digər sosial mühitlərdə geniş şəkildə rast gəlinir. Bullinq, psixoloji, emosional və fiziki zərər verə bilər və zərərçəkən üçün ciddi nəticələr doğura bilər.Bullinq, ingilis dilində “bullying” sözündən gəlir və zorakılıq, təhqir və alçaltma mənalarını verir. Bu termin, təcavüzkarlıq davranışlarını və zorakılıq hərəkətlərini ifadə etmək üçün istifadə olunur. Bullinq, müxtəlif formaları və növləri olan kompleks bir problemdir.

Bullinq – özünü bir çox mənalarda üstün hesab edən bir qrup şəxs və ya şəxslərin qarşı tərəfi qəsdən narahat etmək, incitmək, aşağılamaq məqsədilə tətbiq etdiyi söz və ya hərəkətlərin məcmusudur. Təəssüflər olsun ki, bullinq ölkəmizdə və dünyada hər yaş qrupunda təsadüf edilən davanışdır.

1. Fiziki bullinq: Buraya vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının oğurlanması və s. daxildir.

2. Verbal bullinq: Bullinqin ən geniş yayılmış formasıdır. Buraya kiməsə xoşagəlməz sözlər demək, yazmaq, alçaldıcı adlarla çağırmaq, ləqəb qoymaq, zərər verməklə təhdid etmək və s. aiddir.

3. Sosial bullinq: Bura şəxsin hər hansı bir sosial qrupdan uzaqlaşdırılma, xoşagəlməz şayiələr yayma, şəxsi başqaları qarşısında utandırma və s. aiddir.

4. Kiber bullinq: Bullinqin xüsusi formalarından olan kiber bullinq sosial media üzərindən baş verir. Buraya narahatedici mesajlar, böhtan xarakterli yazılar, şəxsi məlumatların və fotoların icazəsiz yayılması və s. kimi hərəkətlərlər aiddir.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov