
Naxçıvanda icazələrin sayı 26 dəfə, ixrac məqsədi ilə verilən mənşə sertifikatlarının sayı 13,3 faiz artıb
2025-ci ilin 2 ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sahibkarlara 4 lisenziya verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 1304 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 4,6 dəfə artıb.
Bu ilin 2 ayı ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 51 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz çoxdur.
2025-ci ilin yanvar-fevral ayı ərzində verilmiş mənşə sertifikatlarından daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artıb.