Hikmət Hacıyev: "Azərbaycan bir neçə dənizi vahid marşrutla birləşdirməyə çalışır"

Hikmət Hacıyev: "Azərbaycan bir neçə dənizi vahid marşrutla birləşdirməyə çalışır"

13 Mart 2025

Azərbaycan enerji konsepsiyası çərçivəsində bir neçə dənizi vahid marşrutla birləşdirməyə çalışır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini əhatə edir.

“Azərbaycan və Balkan ölkələri arasında böyük məsafə olsa da, biz sıx əlaqələr qurmağa çalışırıq”, - deyə H. Hacıyev qeyd edib.