Qanunsuz ağac kəsməyə görə  hansı cəzalar nəzərdə tutulur ? -

Qanunsuz ağac kəsməyə görə hansı cəzalar nəzərdə tutulur ? - HÜQUQ MƏSLƏHƏTİ

13 Mart 2025

Sual: Qanunsuz ağac kəsməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı cəzalar nəzərdə tutulur ?

Cavab: Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yuxarıda qeyd edilən müddəalar xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi hallarına şamil edilmir.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas - Nurlan Əhmədli