
Nikah hansı hallarda müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ər-arvad arasında bağlanmış nikah hansı hallarda müvafiq icra hakimiyyəti orqanında (Məhkəmədən kənar) xitam verilə bilər?
Cavab: Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.
Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:
ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov