
Nikahın pozulmasına biri razı olmadıqda nə baş verir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ər və ya arvadın onlardan biri aralarında bağladıqları nikahın pozulmasına razılığı olmadıqda məsələ hansı qaydada həll olunur?
Cavab: Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah məhkəmə qaydasında pozulur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov