Sahil Babayev Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Sahil Babayev Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

12 Mart 2025

Martın 12-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı N.Podquzov Bankın yaradılması, fəaliyyəti, hazırki üzvləri, eləcə də üzv ölkələrdə maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib. O, Bankla Azərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu və ölkəmizdə müxtəlif sahələr üzrə layihələrin maliyyələşdirilə biləcəyini diqqətə çatdırıb.

S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və Avrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdən keçiriləcəyini qeyd edib.

Görüşdə Bankın fəaliyyəti, layihələri maliyyəşdirmə prosedurları və bu sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.