Bəşərin nizam - intizam qaydasını qoyan  Nizami Gəncəvi

Bəşərin nizam - intizam qaydasını qoyan Nizami Gəncəvi

12 Mart 2025

 

Nizami Gəncəvi dünya mədəniyyəti tarixində ölməz “Xəmsə” müəllifi kimi tanınır. Lakin o, eyni zamanda qəzəl, qəsidə, rübai kimi lirik şeirlər müəllifi kimi yox, həmçinin poemalarında hakim şahların fəaliyyətindəki ictimai-siyasi baxış və görüşləri də təhlil obyektinə çevirmişdir.

 Bö­­­yü­­­mək­­­də olan nəs­­­lin tər­­­bi­­­yə­­­si ta­­­ri­­­xi in­­­ki­­­şa­­­fın müx­­­tə­­­lif mər­­­hə­­­lə­­­lə­­­rin­­­də hə­­­mi­­­şə diq­­­qət mər­­­kə­­­zin­­­də olub. Azər­bay­can xal­qı­nın zən­gin ya­ra­dı­cı­lı­ğı­nın mü­hüm bir sa­hə­si­ni təş­kil tərbiyənin ya­ran­ma ta­ri­xi, in­ki­şa­fı, müa­sir möv­qe­yi xü­su­si ola­raq diq­qət mər­kə­zi­nə gə­ti­ril­mə­li, təd­ris pro­se­sin­də on­la­ra ge­niş is­ti­nad edil­mə­li­dir.

 

Nizami Gəncəvinin yaradıcılıq görüşləri tək Azərbaycan tədqiqatçı alimlərin yox, dünyaca məhşur olan pedaqoq, psixoloq və ədəbiyyatçı tədqiqatçıların də diqqətini cəlb etmişdir.

Nizami Gəncəvinin əsərlərində ictimai-siyasi görüşlərlə yanaşı fəlsəfi-ictimai məna da çox dərindir. Nizaminin fikrincə, insan elmə yiyələnməli, var qüvvə ilə çalışıb bir sənət, bir peşə öyrənməlidir ki həyatında baş verən geridə qalmanın və ya inkişafın səbəbindən baş çıxara bilsin.Nizami Gəncəvi dərk edirdi ki, bəşəriyyətin nicatı, xoşbəxt gələcəyi və xilası yalnız həmin cəmiyyətin qurulmasındadır. Belə bir cəmiyyətin qurulmasında həlledici rol isə, təbii ki, əllərində cəmləşdirdikləri geniş imkan və səlahiyyətlərə görə, idarəçilərə məxsusdur.

O, buna görə də, arzuladığı ideal cəmiyyətin qurulmasında “ədalətli idarəçi” amilinin xüsusi rol oynadığını dönə-dönə vurğulayır. Nizami Gəncəvinin yaradıcılığındakı ədalətli şah axtarışlarının başlıca səbəblərdən biri də, məhz bu məqamla bağlıdır.

Nizami Gəncəvi xalqla hökmdar arasındakı münasibətləri və bu münasibətlərin kölgəli cəhətlərini qorxmadan cəsarətlə açıb göstərə bilir. Müxtəlif bədii-ədəbi metodlardan istifadə etməklə dahi mütəfəkkir idarəçiləri ədalətə, insanlığa xidmətə, xəyallarını qurduğu ideal cəmiyyəti yaratmağa istiqamətləndirir.

Dahi mütəfəkkir, dini görüş və şüarların öz demokratik ideyalarına xidmətə yönəldir, güc və hökm sahiblərini heç olmasa həmin yolla xeyirxah işlər görməyə, ölkə və xalqın asayişini gözləməyə səsləyirdi.

Nizami Gəncəvinin dövlət və dövlətçiliklə bağlı dəyərli fikir və düşüncələrini təhlil etdikcə, belə bir qənaətə gəlirik ki, əsrlər əvvəl yaşamış və yaratmış bu dahi mütəfəkkir bütün bəşəriyyətin və hər bir insanın gələcəyini düşünmüş, hər bir insanın xoşbəxt və firavan yaşaya biləcəyi layiqli bir düzənini təbliğ etmişdir.

Qeyd edə bilərik ki, Nizami Gəncəvi irsi sadəcə ədəbiyat nümunələrindən ibarət deyildir. Usta şair zəmanə insanının qəlbini oxşayan gözəl poeziya dili ilə cəmiyyət həyatının az qalan bütün sahələrinə aid elmi-nəzəri bilikləri qələmə almağı, maddiləşdirməyi, ölümsüzləşdirməyi bacarmışdır. Bütün bu məqamların araşdırılıb tədqiq edilməsi istiqamətində indiyə qədər təqdirəlayiq dərəcədə əhəmiyyətli işlər görülmüşdür. Lakin Nizami Gəncəvi xəzinəsi zaman keçdikcə daha da dəyər qazanan, hər dövrün reallıqlarına uyğun xassələri özündə gizlədən bir xəzinədir.

Aramsız savaşlar və müharibələr, çox ciddi sosial-iqtisadi problemlər, elmi biliklərin əhalinin yalnız məhdud bir təbəqəsi tərəfindən mənimsənilməsi, bütün səviyyələrdəki idarəçilər tərəfindən verilən ədalətsiz qərarlar və s. şairin arzuladığı ideal cəmiyyətin qurulması işinə böyük maneələr törədirdi.

Nizami Gəncəvinin orijinal əsəri olan «Xosrov və Şirin»də  əxlaq tərbiyəsi məsələləri xüsusi yer tutur. O, ailə tərbiyəsi, estetik tərbiyə, əmək tərbiyəsi və s. məsələlərə də geniş yer vermişdir ki, bunların da biri-digərini tamamlayır. Bunu Nizaminin hazırda məktəb dərsliklərinə salınmış məktəblilər tərəfindən sevilə-sevilə oxunan və ideya dəyərini, tərbiyəvi təsir gücünü indi də itirməyərək gənclərin tərbiyəsinə xidmət edən əsərləri bir daha sübut edir.

Göründüyü kimi böyüməkdə olan gənc nəslin nəcib keyfiyyətlər ruhunda tərbiyə edilməsi, onlara lap aşağı yaşlardan müsbət əxlaq, mədəni vərdişlər aşılamaq N.Gəncəvinin ən mühüm ideyalarından biri olmuşdur. Bu isə onu göstərir ki, N.Gəncəvinin gənclərə vətənin, xalqın gələcəyi, istinadgah nöqtəsi, ümid çırağı kimi baxmasından irəli gəlir. O, yuxarıda qeyd etdiyimiz kimi gələcəyin yüksək mədəniyyətli gənc qüvvələr vasitəsilə yaradılacağına inanırdı. Ona görə də həssas qəlbli şair Vətən övladlarının tərbiyəsi ilə məşğul olmağı və onlardan gələcəkdə yüksək mənəviyyatlı, saf əxlaqlı, xalqın, ana torpağın qeydinə qalan şəxslər yetişdirmək kimi çətin bir işi təxirəsalınmaz bir məsələ kimi irəli sürürdü.

Nizami Gəncəvi  əsərlərində olduqca incə, dərin bir şəkildə ailə qurmaq, ailə tərbiyəsi məsələlərinə də toxunaraq qeyd edir ki, əxlaqi, etik norma və qaydalar əsasında ailə qurmaq əyyaşlıqdan və eşqbazlıqdan üstündür. O, gənclərə həvəs və şəhvət ehtiraslarına qapanmamağı məsləhət görür.

Əmək tərbiyəsi məsələlərinə gəldikdə isə Nizami Gəncəvi qeyd edir ki, hər bir yerdə, cəhənnəmin özündə belə əməklə məşğul olmaq, cənnətdə keçirilən əməksiz həyatdan yaxşıdır. Haqlı olaraq N.Gəncəvi deyir ki, əmək, fəaliyyət insanın tələbatına çevrildikdə, insan fəaliyyətdə olduqda, əməyi sevdikdə həyatın həqiqi sevincinə də qovuşur.

Böyük qürur və fəxr hissi keçiririk ki, bu gün qalib bir ölkənin vətəndaşıyıq. Zəngin təcrübəsi olan, beynəlxalq siyasi aləmdə böyük hörmət və nüfuz sahibi kimi tanınan ,yüksək tribunalardan  Azərbaycan  həqiqətlərini  dünyaya bəyan  edən Prezident İlham Əliyevin 2021 -ci ili “Nizami Gəncəvi ili” elan etməsi təsadüfi deyil.

44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin məzmunlu, məntiqli sübut və dəlillərə əsaslanan nitqlərində, fərman və sərəncamlarında, bəyanatlarında Nizami  fəlsəfəsinin real nəticələrini görürük. Nizaminin görmək istədiyi azad insan, azad düşüncə, azad ölkə, insan əməyinə verilən yüksək dəyər  prinsiplərini reallıga çevirən dövlət başçısı ilə xalqın birliyinin vəhdətində gündən- günə tərəqqi edən, çiçəklənən ölkə olaraq Azərbaycan Zəfər salnaməsində yeni səhifələr açmışdır. Xalqın etimadını dogruldan ölkə başçımızın xalqımıza parlaq qələbə müjdəsi daimidir, əbədi olaraq Azərbaycanımızın  şanlı tarixinə qızıl  hərflərlə qeyd olunmuşdur. Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycanda pedaqoji fikrin inkişafı tarixi nə qədər yaşayırsa Nizami irsi də o qədər yaşayacaq. Biz və gələcək nəsil də bu irsi davam etdirməyi özünə şərəf və şan biləcəkdir.

Gülmira Sahib qızı 

 Naxçıvan Müəllimlər İnstitutunun  Pedaqogika və psixologiya kafedrasının dosenti,

 Pedaqogika üzrə fəlsəfə doktoru 

Aysel Quliyeva 

 PNT ixtisasının II kurs Magistrantı