İnzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq etmə hansı halda mümkündür?

İnzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq etmə hansı halda mümkündür? HÜQUQ MƏSLƏHƏTİ

11 İyun 2026

Sual: İnzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq etmə hansı halda mümkündür?

Cavab: İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov