Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

11 İyun 2026

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, söhbət 17 vaqondan ibarət 984 ton dizel yanacağından gedir.

Məhsulları daşıyan qatar bu gün saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndəriləcək.