Naxçıvanda bank əmanətlərinin həcmi 42%-dən çox artıb
Naxçıvan Muxtar Respublikasında əhalinin banklardakı əmanətlərinin məbləğində əhəmiyyətli artım qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin "NAXÇIVANXƏBƏRLƏRİ"-nə məlumatına görə, 2026-cı il mayın 1-i vəziyyətinə əhalinin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,8 faiz artaraq milli valyuta ekvivalentində 42 milyon 185 min 800 manat təşkil edib.
Əmanətlərin 94,5 faizi milli, 5,5 faizi isə xarici valyutada yerləşdirilib. Hesabat dövründə milli valyutada olan əmanətlərin məbləği 44,4 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 19,5 faiz artıb.
Mütəxəssislər əmanətlərin artımını əhalinin bank sektoruna etimadının yüksəlməsi və maliyyə yığımlarının artması ilə əlaqələndirirlər. Bu göstərici həmçinin muxtar respublikada maliyyə sabitliyinin möhkəmləndiyini nümayiş etdirir.








