Naxçıvanda əhalinin sayı artıb
Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artmaqda davam edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, 2026-cı il mayın 1-i vəziyyətinə muxtar respublikada əhalinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1293 nəfər və ya 0,3 faiz artaraq 472 min 727 nəfərə çatıb.
Qeyd edək ki, əhali sayındakı artım regionun demoqrafik inkişaf göstəricilərində müsbət dinamikanın davam etdiyini göstərir.








