Naxçıvanda orta aylıq əməkhaqqı artıb
Naxçıvan Muxtar Respublikasında əməkhaqqı göstəricilərində artım qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin "NAXÇIVANXƏBƏRLƏRİ"-nə məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqı 860,3 manat təşkil edib.
Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.
Qeyd edək ki, orta aylıq nominal əməkhaqqının artması əhalinin gəlirlərinin yüksəlməsi və iqtisadi fəallığın genişlənməsi baxımından mühüm göstəricilərdən hesab olunur.








