
Elbrus İsayev tələbələrlə iftar süfrəsi ətrafında görüşüb - FOTO
Naxçıvan Dövlət Universitetində rektorluğun təşəbbüsü ilə ali təhsil ocağının tələbə yataqxanasında yaşayan oruc tutan tələbələr üçün iftar süfrəsi açılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təşkil olunan iftar süfrəsində iştirak edən NDU-nun rektoru Elbrus İsayev Ramazan ayının mənəvi dəyərlərini, birliyə və həmrəyliyə çağırışı haqqında fikirlərini bölüşüb.Tələbələrin rifahının və sosial həyatının universitet rəhbərliyinin daim diqqət mərkəzində olduğunu qeyd edib.
Həmçinin, rektor yerli və əcnəbi tələbələrlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.
Tələbələr göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib, belə tədbirlərin universitetdə mehriban və dostluq mühitinin formalaşmasına töhfə verdiyini qeyd ediblər.
Tədbir səmimi və xoş atmosferdə davam edib.