
Naxçıvanda martın 13-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında martın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır. Havanın temperaturunun gecə 2+7° (bəzi yerlərdə 2°-dək şaxta), gündüz isə 13-18° isti olacağı ehtimal olunur.