Naxçıvanda martın 12-nə olan hava proqnozu

Naxçıvanda martın 12-nə olan hava proqnozu

12 Mart 2025

Naxçıvan Muxtar Respublikasında martın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Qərb küləyinin sürətinin saniyədə 6-11 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal olunur. Havanın temperaturunun gecə 0+4° (bəzi yerlərdə 2°-dək şaxta), gündüz isə 12-17° isti olacağı gözlənilir.