
Naxçıvanda aprelin 22-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi ərazilərə yağış yağacağı və şimşək çaxacağı, yüksək dağlıq bölgələrə isə qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 7-12 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə saatlarında 3-8° isti, gündüz isə 18-23° isti olacağı proqnozlaşdırılır.