Azərbaycan Pakistanda “Yaz festivalı-2025”də təmsil olunub

Azərbaycan Pakistanda “Yaz festivalı-2025”də təmsil olunub

21 Aprel 2025

Azərbaycan Pakistanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Müasir Dillər Universitetinin (NUML) İslamabad şəhərində təşkil etdiyi "Yaz festivalı-2025" adlı tədbirdə iştirak edib.

Ölkəmizin Pakistandakı səfirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildiriblər ki, Azərbaycan stendində milli yeməklərimiz, şirniyyatlardan ibarət müxtəlif kulinariya nümunələri, tariximizə və mədəniyyətimizə aid suvenirlər nümayiş olunub.