Respublika müsabiqəsində naxçıvanlı məktəblilər uğur qazanıblar -

Respublika müsabiqəsində naxçıvanlı məktəblilər uğur qazanıblar - FOTO

20 Aprel 2025

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Xalq çalğı alətləri ifaçılarının və xanəndələrin Respublika müsabiqəsi keçirilib. Yarışma ölkənin müxtəlif bölgələrindən olan gənc musiqiçilərin iştirakı ilə baş tutub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin Xalq çalğı alətləri şöbəsinin balaban ixtisası üzrə V sinif şagirdi İbrahim Abdullayev balaban nominasiyası üzrə I yerə layiq görülüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin Xalq çalğı alətləri şöbəsinin tar ixtisası üzrə V sinif şagirdi Murad Babazadə isə tar nominasiyası üzrə III yerin qalibi olub.

Uğur qazanan gənc istedadlarımızı və onların müəllimləri — Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Əbülfəz Rzayevi və İntiqam Rzayevi təbrik edirik.