
Naxçıvanda qeyri-sabit hava şəraiti müşahidə olunur
Aprelin 16-sı saat 07:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən Ordubad və Şahbuz rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.
Qarın hündürlüyü Batabat yaylağı ərazisində 7, Biçənəkdə 3, Küküdə 2, Parağaçayda 3 santimetr olub.
Muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı, aprel ayının 17-də yağıntıların tədricən azalacağı gözlənilir. Aprelin 18 və 19-da hava şəraitinin yağmursuz keçəcəyi 20-də qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir güclənəcək.