Azərbaycanda ötən il daşınmaz əmlakın icbari sığortasına dair 200 minə yaxın müqavilə bağlanılıb

Azərbaycanda ötən il daşınmaz əmlakın icbari sığortasına dair 200 minə yaxın müqavilə bağlanılıb

16 Aprel 2025

2024-cü ildə Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 186 949 müqavilə bağlanılıb. .

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 18 946 müqavilə rəsmiləşdirilib.

“İstehsalda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası üzrə isə 42 688, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 122 müqavilə bağlanılıb”, - deyə o qeyd edib.