“Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilib -

“Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

12 Mart 2025

Martın 12-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva açaraq müvafiq istiqamətdə aparılan maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının şöbə müdiri Könül Babayeva çıxış edərək bildirib ki, sağlam ailə cəmiyyətin sütunudur. Ailədəki münasibətlər cəmiyyətə təsir edir. Ailədaxili zorakılığın qarşısını almaq, ailə bağlarını möhkəmləndirmək üçün hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Hər bir ailə üzvü bir-birinə qayğı göstərməli, anlayışlı olmalıdır. Sədaqət və məsuliyyət hissi ailəni birləşdirən əsas amillərdəndir. Valideynlərin övladlarına verdiyi tərbiyə, ailə daxilində yaradılan mühit gələcəyimizi müəyyənləşdirir. Ailə institutu cəmiyyətin dəvamılılığı və sabitliyi üçün vacibdir. Onun qorunması və gücləndirilməsi cəmiyyətin ümumi rifahına təsir edir. Hər bir fərd bu dəyərləri qoruyaraq ailənin rolunu möhkəmləndirməlidir.Könül Babayeva həmçinin qeyd etmişdir ki, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması çox vacib bir mövzudur. Ailə həyatı, şəxsi inkişafın və cəmiyyətin davamlılığı baxımından əsaslı bir yerdə durur. Gənclərə bu barədə doğru məlumatlar vermək, onların doğru qərarlar qəbul etməsinə və gələcəkdə sağlam, xoşbəxt bir ailə qurmasına kömək edə bilər.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova mövzu ilə bağlı təqdimatla çıxış edib.

52 nəfərin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı iki video-çarx nümayiş olunub.