Mirzoyan: Sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik

Mirzoyan: Sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik

12 Mart 2025

Ermənistan Azərbaycana sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına cavab göndərib.

"NAXÇIVANXƏBƏRLƏRİ" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Biz artıq sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik", - A.Mirzoyan qeyd edib.

O vurğulayıb ki, Ermənistanın yanaşmaları Azərbaycanla sülh qurmaq hazırlığına uyğundur.

A.Mirzoyanın sözlərinə görə, İrəvanın Bakı ilə sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı olacaq.