Yol nəqliyyat hadisəsi yerindən qaçmağa görə hansı cəzalar nəzərdə tutulur ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Yol nəqliyyat hadisəsi yerindən qaçmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı cəzalar nəzərdə tutulur ?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsində 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar hadisəni törədən şəxs yol nəqliyyat hadisəsi yerini tərk etmişsə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas - Nurlan Əhmədli