
Xəyalə Dadaşova Sədərəkdə vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova martın 18-də, saat 11:00-da Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar nagro.gov.az elektron ünvanı vasitəsilə və ya (036) 545-02-47 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.