
Ramilə Seyidova Kəngərli rayon Yurdçu kəndində vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın martın 14-ü saat 10:00-da Kəngərli rayonunun Yurdçu kəndində icra nümayəndəliyinin inzibati binasında vətəndaşlarla görüşü nəzərdə tutulub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ailə, qadın və uşaq məsələsi ilə bağlı müraciət etmək istəyən vətəndaşlar qəbulda iştirak edə bilərlər.