
Naxçıvan şəhərində və Babək məhəllərində su kəsintisi olacaq
Əliqulu Qəmküsar küçəsi, Əlincə və Babək məhəllələrini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar həmin ərazilərdə su təchizatında müvəqqəti fasilə yaranacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təmir işləri 21 fevral tarixində saat 10:00-dan 17:00-a qədər davam edəcək. Bu müddət ərzində bəzi ünvanlara içməli suyun verilişi dayandırılacaq. İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.
Abonentlər yaranan narahatlığa görə üzr istəyirlər və əlavə suallarla bağlı “545-01-93” Çağrı Mərkəzi (7/24) ilə əlaqə saxlamağı tövsiyə edirlər.