Naxçıvanda fizika-riyaziyyat olimpiadası keçirilib -

Naxçıvanda fizika-riyaziyyat olimpiadası keçirilib - FOTO

22 Fevral 2025

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və görkəmli dövlət xadimi Nəsrəddin Tusiyə həsr olunmuş V- IX sinif şagirdləri arasında fizika-riyaziyyat fənləri üzrə II fizika-riyaziyyat olimpiadasının məktəb turu keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 5 minə yaxın məktəblinin qatıldığı olimiadada şagirdlərə fizika və riyaziyyat fənnlərinin hər birində 25 sual təqdim edilib, onlara 3 saat vaxt ayrılıb.

Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Qeyd edək ki, rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.