Naxçıvanda məktəb psixoloqları üçün təlim keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin psixoloqları üçün “Psixoloqlarının peşəkar bacarıqlarının inkişafı” adlı təlim keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlimin açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov məktəb psixoloqlarının şagirdlərin psixoloji sağlamlığının qorunmasında, onların akademik və sosial inkişafına töhfə verməsində mühüm rol oynadığını vurğulayıb. Nazir təlimin məqsədinin psixoloqların peşəkar bacarıqlarını artırmaq və onları yeni yanaşmalarla tanış etmək olduğunu qeyd edib.
️Təlim təcrübəli psixoloqlar, Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev, “Almaz” psixoloji və nitq inkişaf mərkəzinin rəhbəri Almaz Məmmədova tərəfindən aparılıb, iştirakçıların peşəkar inkişafına kömək məqsədilə onlara ədəbiyyatlar tövsiyyə edilib, elektron resurslar paylanılıb.
Təlimdə 200-ə yaxın psixoloq iştirak edib.