
İtlərin hücum çəkməsi nəticəsində 3 Cəhri sakini xəsarət alıb
Hadisə rayonun Cəhri qəsəbəsində baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, itlər qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Babayev Şakir Məmmədbağır oğlu, 1963-cü il Fərhadov Famil Seymur oğlu və 1964-cu il təvəllüdlü Rzayev Zeyvəli Salman oğluna hücum edib və onlara ciddi xəsarət yetirib.
Zərərçəkənlər Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.