
Ramin İsmayılov vəzifəsindən azad edildi
Ramin İsmayılov Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsindən azad edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fevralın 21-də Ramin Abasət oğlu İsmayılovun Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.