Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşüb

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşüb

21 Fevral 2025

Ağdərə rayonu Sırxavənd kəndinə yaxın olan Xocalı rayonunun Ulubab adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, hadisə nəticəsində yaxınlarının şəhid olduqları ərazini ziyarət etməyə gedən Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov xəsarət alıb.

Xəsarət alan N.İmanova hadisə yerində ilkin tibbi yardım göstərilib və hazırda xəstəxanaya aparılır.

Qeyd edək ki, zərərçəkənin atası Novruz İmanov 1991-ci ilin iyul ayında, qardaşı Mahal İmanov, həmçinin 2 nəfər yaxın qohumu ermənilər tərəfindən öldürülərək “KRAZ” markalı yük maşınında yandırılıb.