
SOCAR və Pakistan enerji sahəsində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistanın enerji şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Müzakirələr R. Nəcəfin Pakistanın özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşü zamanı aparılıb.
“SOCAR və Pakistanın enerji şirkətləri arasındakı mövcud tərəfdaşlıqdan məmnunluğumuzu ifadə etdik. Görüş çərçivəsində birgə layihələrin icrası və enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - R. Nəcəf bildirib.