Rəhman Mustafayev Sergey Tsivilyovla görüşüb

Rəhman Mustafayev Sergey Tsivilyovla görüşüb

21 Fevral 2025

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın energetika naziri Sergey Tsivilyovla görüşüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə diplomatik missiyanın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər Azərbaycan və Rusiya arasında neft, qaz və elektrik enerjisi sahələrində ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərini, eləcə də qonşu ölkələrlə üçtərəfli layihələri müzakirə ediblər.

Səfirə milli texnoloji suverenliyin möhkəmləndirilməsi probleminə Rusiyanın yanaşması barədə məlumat verilib. Rusiya tərəfinin Azərbaycanla dostluq münasibətlərini və Bakı ilə enerji sahəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyi vurğulanıb.

Hər iki tərəf müvafiq işçi qrup yaradılmaqla enerji sektorunda əməkdaşlığın və nazirliklərarası dialoqun intensivləşdirilməsi ideyasını dəstəkləyib.