
Naxçıvanda istehlakçılara 2,4 milyon manat ƏDV məbləği geri qaytarılıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2025-ci ilin yanvar ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 32,4 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 13,3 faiz çoxdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 11,9 faiz artaraq 145,9 min manat olub.