Naxçıvan şəhərinə və muxtar respublikanın bölgələrinə qar yağmağa davam edir
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin fevralın 22-i saat 07:00-a olan məlumatına əsasən Naxçıvan şəhərinə, Ordubad rayonunun Parağaçay, Gilançay, Şahbuz rayonunun Kükü, Biçənək, Şərur rayonunun Axura, Culfa rayonunun Ərəfsə, Göydərə istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qarın hündürlüyü Naxçıvan şəhərində 12, Ordubad şəhərində 3, Parağaçayda 22, Gilançayda 20, Culfa şəhərində 3, Göydərədə 20, Ərəfsədə 23, Şahbuz şəhərində 15, Biçənəkdə 18, Küküdə 33, Şərur şəhərində 1, Axurada 16, Sədərək rayonunda isə 10 sm olub.
Qeyd edək ki, muxtar respublikada qarlı hava şəraiti fevralın 23-nə kimi davam edəcək.