
Naxçıvanda fevralın 17-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin arabir yağmurlu keçəcəyi və bəzi yerlərdə duman olacağı müşahidə olunur. Qərb küləyinin sürətinin saniyədə 7-12 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı gözlənilir. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz isə 2+6° isti olacağı ehtimal olunur.