Naxçıvanda fevralın 18-nə olan hava proqnozu

Naxçıvanda fevralın 18-nə olan hava proqnozu

18 Fevral 2025

Naxçıvan Muxtar Respublikasında fevralın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır. Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz isə 3+8° isti olacağı ehtimal olunur.