
Naxçıvanda fevralın 21-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində hava şəraitinin əsasən yağmurlu keçəcəyi, bəzi ərazilərdə duman olacağı və qar yağacağı proqnozlaşdırılır. Qərb küləyinin sürətinin saniyədə 6-11 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı gözlənilir. Havanın temperaturunun gecə -3-8° şaxta, gündüz isə 0+5° isti olacağı ehtimal olunur.