
Naxçıvanda ən aşağı temperatur Kükü kəndində qeydə alınıb
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, fevralın 16-sı saat 07:00-a olan məlumatına əsasən, Şahbuz şəhərində -5°C, Şahbuz rayonunun Kükü kəndində -10°C, Biçənək kəndində -8°C, Ordubad şəhərində -4°C, Ordubad rayonunun Parağaçay qəsəbəsində -7°C, Naxçıvan şəhərində -7°C, Şərur şəhərində -7°C, Şərur rayonunun Axura kəndində -5°C, Culfa şəhərində -3°C, Sədərək rayonunda -8°C, Kəngərli rayonunda isə -4°C şaxta qeydə alınıb.
Muxtar respublika üzrə ən aşağı temperatur Şahbuz rayonunun Kükü kəndində müşahidə edilib.