Xankəndidə yollar qardan təmizlənir

Xankəndidə yollar qardan təmizlənir

22 Fevral 2025

Xankəndidə yollar qardan təmizlənir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Xankəndidə yollarda piyada və avtomobillərin hərəkətini nizamlamaq üçün aidiyyatı qurumlar səhər saatlarından işə başlayıb.

Şəhərin küçələri qardan təmizlənir. Yollara duz və qum səpilir.

Xankəndidə 2 gündür ki, yağan və ötən axşamdan etibarən yollarda nəqliyyatın hərəkətini çətinləşdirən qarın təmizlənməsi üçün işlər görülür. Səhər saatlarından etibarən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin müvafiq strukturu prosesə cəlb olunub.Yollarda piyadaların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərə başlanıb. Yollara duz və qum səpilib.Şəhərin küçə və prospektlərində, səkilərdə qarın təmizlənməsi işlərinə xeyli sayda texnika və işci qüvvəsi cəlb edilib.

Qarlı hava şəraitinin davam edəcəyi günlər boyunca yolların qardan təmizlənməsi işləri davam etdiriləcək.

Qeyd edək ki, havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq şəhərin içməli su, işıq və qaz təchizatında heç bir problem yoxdur.