
Azərbaycan və Ukrayna iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
Azərbaycan və Ukrayna arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Anar Axundovla Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun başçılıq etdiyi nümayəndə heyəti arasında aparılıb.
Görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığın gündəliyində duran məsələlərə, o cümlədən iqtisadi-ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb.