Türkiyədə Naxçıvandan olan muzeyşünaslar üçün təcrübə mübadiləsi davam edir - FOTO
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Mədəni İrs və Muzeylər Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasından olan ekspertlər üçün muzeyşünaslıq və mədəniyyət sərvətlərinin mühafizəsi sahəsində təcrübə mübadiləsi proqramı təşkil edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 4 nəfərlik ekspert heyəti Türkiyənin muzeyşünaslıq, tarixi tikililərin və mədəniyyət sərvətlərinin mühafizəsi və bərpası sahələrində təcrübəsi ilə bağlı məlumat mübadiləsi məqsədilə Ankarada təmaslar keçirib. TİKA və Mədəni İrs və Muzeylər Baş İdarəsi ilə birgə təşkil olunan proqram çərçivəsində Naxçıvandan olan mütəxəssislər Ankara Etnoqrafiya Muzeyi, Rəsm və Heykəl Muzeyi, Anadolu Sivilizasiyaları Muzeyi və Erimtan Muzeyini ziyarət edərək muzeyşünaslıq sahəsində səlahiyyətlilərdən məlumat alıblar. Mütəxəssislər Mədəni İrs və Muzeylər Baş İdarəsinə tabe olan laboratoriyalarda mədəniyyət sərvətlərinin konservasiyası və bərpası sahəsində Türkiyə təcrübəsi ilə bağlı praktiki araşdırmalarda iştirak ediblər.