
Naxçıvanda Qara Qarayevin yaradıcılıq gecəsi keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Çilər Məmmədova bildirib ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış istedad sahibinin əsərləri gələcəkdə də insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasında böyük rol oynayacaq.
Sonra çıxış edənlər görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb.Vurğulanıb ki, Qara Qarayev XX əsrin elə parlaq simalarındandır ki, onun istedad və sənətkarlığı Azərbaycan musiqi sənətinin inkişaf mərhələlərini müəyyən edib.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən bəstəkarın əsərlərindən nömrələr səsləndirilib.