Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsert proqramı keçirilib -

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsert proqramı keçirilib - FOTO

07 Fevral 2025

Naxçıvan Dövlət Filarmoniyasında Kamera Orkestrinin müşaiyəti ilə konsert proqramı təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konsertdə orkestrın müşaiyətilə Azərbaycan Respublikasının Əməkdar artistləri-Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri- Ruhiyyə Hüseynova, Elçin Nağıyev, Prezident mükafatçısı İlkin Abdullayev, Əfsanə Babayeva, Emin Hüseynovun ifalarında “Cəngi”, “Zəfər himni”, “Naxçıvanım”, “Bir xumar baxışlı”, “Aşıq sayağı” və digər musiqi nömrələri təqdim olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb

Qeyd edək ki, orkestrin bədii rəhbəri və dirijoru Cahangir Qurbanovdur.