Babək rayonunun bir neçə kəndində qaz təchizatında fasilə yaranacaq

Babək rayonunun bir neçə kəndində qaz təchizatında fasilə yaranacaq

13 Fevral 2025

Babək rayonunun Didivar, Nəzərabad, Aşağı və Yuxarı Uzunoba kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Buna səbəb 60 mm-lik polietilen boruda aşkar edilmiş sızma ilə bağlı aparılan təmir işləridir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qaz təchizatı fevralın 13-ü saat 11:15-dən 12:40-dək dayandırılacaq. Təmir işləri tamamlandıqdan sonra qazın verilişi bərpa olunacaq.