Şərur rayonunun bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq
Şərur rayonunun Maxta, Qaraburc, Axaməd və Kərimbəyli kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, buna səbəb 159 mm-lik qaz borusunun korroziyaya uğraması və bununla bağlı aparılan təmir işləridir.
Qaz verilişində fasilə fevralın 4-ü saat 14:00-dan 18:00-dək davam edəcək.