Cabbar Musayev vətəndaşları qəbul edəcək

Cabbar Musayev vətəndaşları qəbul edəcək

17 Fevral 2025

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev fevralın 19-da Naxçıvan Şəhər 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə saat 16:00-da başlayacaq qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər.

Məlumat və əlaqə üçün: (036) 545-01-71