Məleykə Abbaszadə: Azərbaycan dilinin elmi sahədə də inkişafı önəmlidir

Məleykə Abbaszadə: Azərbaycan dilinin elmi sahədə də inkişafı önəmlidir

17 Mart 2025

Azərbaycan dili itməməli və həmişə inkişaf etməlidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyasının onlayn platformasının təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin elmi sahədə də inkişafı önəmlidir:

"Azərbaycanda nəşr olunan elmi dissertasiyalar ingilis dilinə tərcümə olunsa, alimlərimizin adının, nüfuzunun daha geniş auditoriyaya yayılması qaçılmaz olacaq. Lakin bu sferada doğma dilimizin inkişafını da gözardı etməməliyik".