Məktəblilər arasında Nəsrəddin Tusi adına  II fizika-riyaziyyat olimpiadasının şəhər-rayon mərhələsi keçirilib -

Məktəblilər arasında Nəsrəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının şəhər-rayon mərhələsi keçirilib - FOTO

15 Mart 2025

Martın 15-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və görkəmli dövlət xadimi Nəsrəddin Tusiyə həsr olunmuş V- IX sinif şagirdləri arasında fizika-riyaziyyat fənləri üzrə II fizika-riyaziyyat olimpiadasının şəhər-rayon mərhələsi keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 8 mərkəzdə təşkil olunan olimpiadada məktəb mərhələsində qalib olan 1200- dən artıq şagird iştirak edib. Olimpiadada şagirdlərə fizika-riyaziyyat fənnlərindən ayrı-ayrılıqda 25 sual təqdim olunub və sualların cavablandırılması üçün 3 saat vaxt ayrılıb.

Qeyd edək ki, bu mərhələdə uğur qazanan şagirdlər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar. 

Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Qeyd edək ki, rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.